29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi yeni layihəyə start verdi

01 iyl 2024 14:00
GÜNDƏM
ads

“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərin mətbuatda işıqlandırılması və sərginin təşkili” layihəsinin icrasına start verib.

Layihə rəhbəri Ruslan Xəlilov bildirib ki, məqsəd müxtəlif illərdə Ermənistandan didərgin salınmış azərbaycanlıların problemlərini işıqlandırmaq, Qərbi Azərbayacana qayıdışı təbliğ etməkdir. Qeyd olunan məsələ ilə bağlı araşdırma yazılar, televiziya verilişlərihazırlanacaq və sərgi keçiriləcək.

R.Xəlilov onu da qeyd edib ki, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya – Qayıdış Konsepsiyası 44 günlük Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra daha da aktuallaşıb: “QHT olaraq bizim üzərimizə düşən vəzifə soydaşlarımızın öz doğma torpaqlarına qayıdışına dəstək vermək, onların problemlərini, istək və tələblərini gündəmə gətirməkdir. Hesab edirəm ki, layihənin icrası müddətində Qərbi Azərbaycanlıların Ermənistandan deportasiyya olunmasına dair hazırlanacaq araşdırmalar yazılar, verilişlər, keçiriləcək sərgi yeni faktların orataya çıxarılmasında mühüm rol oynayacaqdır”


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur