10.07.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Ermənistanda deputatın oğlu saxlanıldı

10 iyl 2025 13:00
DÜNYA
ads

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları parlamentin müxalif “Ermənistan” fraksiyasının deputatı, “Daşnaksütyun” partiyasının üzvü Qeqam Manukyanın oğlunu saxlayıblar.

Qutb.az xəbər verir ki, deputatın fraksiya üzrə həmkarı Kristine Vardanyan bu barədə özünün sosial media hesabında yazıb.

“Milli Təhlükəsizlik Xidməti qanunsuz olaraq Qeqam Manukyanın telefonunu ələ keçirib və oğlu Taron Manukyanı saxlayıb”, - deyə Kristine Vardanyan bildirib.

O, həmçinin “Daşnaksütyun” şəhər komitəsinin üzvü Arsen Martoyanın saxlanıldığı və partiya üzvlərinin evlərində axtarış aparıldığı barədə məlumat yayıb. Onun sözlərinə görə, “Daşnaksütyun” partiyasının ali orqanının üzvləri və “Ermənistan” fraksiyasının deputatları da daxil olmaqla saxlanılan şəxslər İrəvan İstintaq İdarəsinə aparılıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur