17.08.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Polisin "dur!" əmrinə tabe olmayan sürücü həbs olundu

16 avq 2025 17:00
HADİSƏ
ads

Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən avtomobili dövlət qeydiyyat nişanı olmadan, xüsusi səs və sayrışan işıqlardan istifadə edərək, eləcə də nəqliyyat vasitəsinin şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər (plyonka) çəkən “Opel” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verilib.

Daxili İşlər nazirliyinin mətbuat xidmətindən Qutb.az-a verilən məlumata görə, sürücü Vasif Hüseynli polisin qanuni əmrinə tabesizlik göstərərək ərazidən yayınmağa çalışsa da yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində saxlanılıb. Sürücünün bu hərəkətləri və avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etməyi müşahidə kameraları vasitəsi ilə də görüntülənib.

Tibbi müayinə zamanı həmçinin, sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi də müəyyən olunub. Eyni zamanda sürücünün avtomobilinə baxış zamanı əsa formasında xüsusi olaraq hazırlanmış qadağan olunan kəsici-deşici alət olan xəncər də aşkarlanıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Hüseynli 20 sutka inzibati qaydada həbs edilib

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur