20.09.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Keçmiş səfirə yeni vəzifə verildi

20 sen 2025 18:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycanın İraqdakı keçmiş səfiri Nəsir Natiq oğlu Məmmədov yeni vəzifəyə təyin olunub.

Qutb.az Teleqraf.az-a istinadən xəbər verir ki, N.Məmmədov Xarici İşlər Nazirliyində Yaxın Şərq və Afrika idarəsində rəis müavini vəzifəsinə təyin olunub.

O, yeni vəzifəyə təyinatını təsdiqləyib. 

Xatırladaq ki, 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Nəsir Məmmədov Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib, ötən ilin dekabrında isə geri çağırılıb.

Qeyd edək ki, N.Məmmədov əmək və əhalinin sosial müdafiəsi nazirinin keçmiş müavini Natiq Məmmədovun oğlu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın kürəkənidir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
156 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur