Bu günlərdə məhkəmə çoxlarının gülüşünə səbəb olacaq bir prosesə baxıb. Belə ki, Bakıda mənzilə oğurluq məqsədi ilə girən şəxs əvvəlcə aşbazlıq məharətini göstərmək istəyib.
Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən həyət evlərinin birində baş verib. 1999-cu il tarixdə Neftçala rayonunda doğulmuş Zamin İmanov (ad, soyad şərtidir - red.) sözügedən ərazidə yerləşən həyət evlərinin birinə oğurluğa girib. Çağrılmamış qonaq evin birinci mərtəbəsinə daxil olan zaman qonaq otağında bir nəfərin şirin yuxuda olduğunu görüb. Mənzil sahibinin şirin yuxusu oğrunu da həvəsləndirib. O, "iş başına" kemməmişdən öncə dincəlmək istəyib, boş çarpayıya uzanib, dərin yuxuya gedib. Bəlkə də oğru daha çox yatacaqmış, lakin aclıq hissi onu yuxudan durmağa vadar edib.
Çağrılmamış qonaq mətbəxə keçib, özünə yemək bişirmək qərarına gəlib. Ancaq bu dəfə onun bəxti gətirməyib. Təcrübəsiz "aşbaz" mətbəxtdə elə hay küy salıb ki, səsə ev sahibi yuxudan oyanıb və evə oğru girdiyini anlayaraq, mahir boksçu zərbəsi ilə onu yerə sərib. Bacarıqlı ev sahibi oğrunun əllərini kəmərlə bağlayıb, polisə təhvil vermək qərarına gəlib. Lakin aşbazlıqda bəxti gətirməyən şəxs oğurluq sənətinin mahir bilicisi olduğunu nümayiş etdirib. Onun əllərini bağlamaq üçün kəmər axtaran ev sahibinin başının dərin axtarıçlara qarışdığını görən oğru masanın üstandə olan 275 manat nağd pulu və 1000 manat dəyərində olan "Samsung A 53" markalı mobil telefonu götürərək, evin pənəcərsindən həyətə qaçıb. Ev sahibi pəncərədən keçə bilmədiyi üçün evin giriş qapsından həyətə düşsə də, ona çata bilməyib. Zərərçəkmiş şəxs Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə özü ərizə ilə müraciət etdikdən sonra Zamin İmanov saxlanılıb.
Məhkəmənin qərarı ilə, Zamin İmanov Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 3 ay müddətə azadlıqdan məhrum edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun