İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması “Amazon”u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib.
Publika.az xəbər verir ki, təşkilat “Amazon”un italyan saytında bir çox məhsul üçün satın alma variantının avtomatik olaraq "birdəfəlik" əvəzinə "təkrarlanan dövri alış" olaraq təyin edildiyi üçün cərimə edildiyi bildirib.
Eyni zamanda, bunun istehlakçı seçimlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığı və həqiqətən ehtiyacı olmasa belə, həmin məhsulu almağa həvəsləndirildiyi qeyd edilib.
Bundan “Amazon”un Lüksemburqda yerləşən törəmə şirkətləri “Amazon Services Europe” və “Amazon AB”nin də təsirləndiyi qeyd edilib.
İtaliyanın "ANSA" agentliyinin dərc etdiyi xəbərdə "Amazon"un bu cəzadan şikayət etmək niyyətində olduğu bildirilib. Qeyd edilib ki, şirkət qərarla razılaşmayıb və müştərilərinin cərimə predmeti olan “Abunə ol və qənaət et” proqramı sayəsində pula qənaət etdiyini müdafiə edib.
Roza Şəfiyeva