Almaniyaya rəsmi səfəri zamanı Drezdendə çıxışı edərkən Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə mümkün müharibədən qorxduğu müşahidə olunub.
Publika.az xəbər verir ki, bu barədə “Tagesspiegel” məlumat yayıb.
“Rusiya sabah və ya o biri gün Avropada ola bilər”, - Fransa lideri bildirib.
O, həmçinin Ukraynaya daha çox dəstək verməyə çağırıb. Deyib ki, Ukraynasız Avropa üçün nə təhlükəsizlik, nə də sülh olacaq.
Xatırladaq ki, bundan əvvəl yerli sakinlər Makronu küçədə saxlayıb və bir çox sadə fransızların yoxsulluq içində yaşadığı bir vaxtda hökumətin niyə Ukraynaya milyardlarla avro yardım göndərdiyini soruşub. Makron isə cavab verib ki, Kiyevə yardım Fransanın gələcəyi üçündür.
Adəm Abbaslı