Noyabrın 7-də saat 05 radələrində Masallı rayonunun Yeddioymaq kənd sakini 1996-cı il təvəllüdlü Salatın Fətullayevanın yaşadığı evdə ölməsinə dair Masallı rayon prokurorluğuna məlumat daxil olub.
Milli.Az xəbər verir ki, bu barədə Masallı rayon prokurorluğu məlumat yayıb.
Araşdırmalarla 1969-cu il təvəllüdlü Hüseyn Şükürovun qızı Salatın Fətullayevaya aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hüseyn Şükürov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
-------
07:11
Noyabrın 7-də saat 4 radələrində Masallı rayonu Birinci Yeddioymaq kəndində evlərin birində 1996-cı il təvəllüdlü Fətullayeva Salatın Hüseyin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Milli.Az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının atası 1969-cü il təvəllüdlü Şükürov Hüseyin Qurban oğlu saxlanılıb. Hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az