28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Kurık limanında 1 000 avtomobil Azərbaycana göndərilməyi gözləyir

20 dek 2024 19:00
HADİSƏ
ads

Hazırda davam edən qeyri-sabit hava şəraiti gəmilərin limanlara giriş-çıxışında çətinliklər yaradır və bu, yükdaşımalarda gecikmələrə səbəb olur.

QÜTB.AZ bildirir ki, bu barədə “Report”a Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev məlumat verib. O, Kurık limanında Azərbaycana göndərilməsini gözləyən avtomobillərlə bağlı vəziyyəti şərh edərkən bildirib ki, ASCO donanmasında mövcud tələbatı qarşılamaq üçün kifayət qədər bərə gəmisi mövcuddur.

“Əsas çətinlik mövsümi hava şəraitindən qaynaqlanır. Hazırkı qeyri-sabit hava şəraiti gəmilərin limanlara giriş-çıxışında problemlər yaradır və nəticədə gecikmələrə səbəb olur. Vəziyyət diqqətlə izlənilir və hava şəraiti imkan verdikcə operativ şəkildə yükləmə-boşaltma əməliyyatları həyata keçiriləcək”, – deyə M.Mehdiyev əlavə edib.

Xatırladaq ki, Qazaxıstanın Manqistau vilayətindəki Kurık limanında Azərbaycana göndərilməsini gözləyən təxminən 1 000 avtomobil yığılıb. Qazaxıstan KİV-lərinin məlumatına görə, noyabr-dekabr aylarında limanın təxminən 50 %-i hava şəraiti səbəbindən bağlı olur. Digər amil isə maşınların sayının artmasıdır. Qazaxıstanın Nəqliyyat Nazirliyinin dəstəyi ilə bütün Azərbaycan bərələrinin Manqistau istiqamətinə yönləndirilməsi barədə razılıq əldə edilib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur