Ermənistanın tələbi ilə Moskvadan Bakıya qayıdarkən Domodedovo aeroportunda saxlanılan Kamil Zeynallı azadlığa buraxılıb.
Publika.az xəbər verir ki, bu barədə idmançının Almaniyada yaşayan dostu Rasim sosial media hesabında məlumat yayıb.
“Gözümüz aydın, Kamil Zeynallını dövlətimiz azad etdi”, - o qeyd edib.
Kamil Zeynallının sərbəst buraxılmasını onun vəkili Ələkbər Qarayev təsdiqləyib.