İzmirin Karşıyaka rayonunda 16 yaşlı H.U. sevdiyi qızın ailəsi tərəfindən rədd edildiyi üçün ov tüfəngi ilə ailə üzvlərinə atəş açıb.
Publika.az xəbər verir ki, iddiaya görə, H.U sevdiyi qızı istəmək üçün evlərinə qonaq gedib. O, qızın ailə üzvləri ilə görüşüb və ailədən mənfi cavab aldıqdan sonra evi tərk edib. H.U daha sonra ov tüfəngi ilə gələrək ailənin evinə dəfələrlə atəş açıb. Qızın ailə üzvləri də ona ov tüfəngi ilə cavab verib.
Qarşıdurma səslərini eşidən məhəllə sakinləri vəziyyəti sağlamlıq və polis qruplarına xəbər verib. Yüngül yaralanan 4 nəfər xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar başlatdıqları istintaqda polis qrupları H.U.-nu cinayət silahı ilə birlikdə tutub.
Faktla bağlı istintaq davam edir.
Roza Şəfiyeva