Rusiyanın Sankt-Peterburq şəhərində məktəbdə şagirdlər arasında dava olub.
Milli.Az news24.az-a istinadən xəbər verir ki, bu barədə 78.ru məlumat yayıb.
Xarkovskaya küçəsində yerləşən məktəbdə baş verən davada şagirdlərdən biri ağır yaralanıb. Yeniyetmə qarnının küt travması ilə xəstəxanaya yerləşdirilib, oğlana böyrək və dalağın əzilməsi diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.
Yeniyetmənin polisə verdiyi məlumata görə, o, tənəffüs zamanı 15 yaşlı 8-ci sinif şagirdi ilə dava edib və həmin məktəbli onun qarnına yumruqla vurub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun