19.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?

19 yan 2025 16:00
HADİSƏ
ads
Advertisement

İmişli rayonunun Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə xəsarət alanlardan 1 nəfər kritik ağır vəziyyətdə Yeni Klinikaya təxliyə olunub.

QÜTB.AZ bildirir ki, bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 2015-ci il təvəllüdlü uşağın sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərdə təktərəfli pnevmotoraks aşkarlanıb. Döş qəfəsi balonu yerləşdirilib.

"Sağ təpə sümüyündəki tək tərəfli sınıq və beyindəki ağır ödəm səbəbi ilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilib.

Zəruri bütün tibbi müdaxilələr edilib və Uşaq Reanimasiyası şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir", - TƏBİB-dən bildirilib.

Qeyd edək ki, yanvarın 18-də İmişli rayonu ərazisində xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb. Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur