İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutun cənubunda yerləşən Uzay bölgəsinə raket zərbələri endirib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Livanın Mülki Müdafiə Xidmətindəki mənbəyə istinadən məlumat yayılıb.
Raketlərin İran səfirliyinin yerləşdiyi ərazidə yaşayış binasına düşdüyü bildirilir.
Binanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, ətraf küçələr bağlanıb.