29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Geri qaytarılan ƏDV məbləği artırıla bilər

02 avq 2022 09:20
HADİSƏ
ads
Advertisement

Azərbaycanda aldığı malın dəyərini nağdsız qaydada ödəyənlərə ƏDV-nin 15%-i deyil, 20%-i geri qaytarıla bilər.

Bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Əvəzində ödənişi nağd edənlərə ƏDV-nin 10%-nin deyil, 5%-nin geri qaytarılması təklif olunur. Başqa sözlə, faiz nisbətini dəyişməklə vətəndaşların nağdsız ödənişə stimullaşdırılması nəzərdə tutulub.

Xatırladaq ki, "ƏDV geri al" layihəsinin tətbiq edildiyi vaxtdan bu il iyulun 1-nə qədər istehlakçılara 651 001 786 kassa çeki üzrə 267,2 milyon manatdan çox, təkcə bu ilin yanvar-iyun aylarında isə 222 747 769 çek üzrə 95,3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,8 milyondan çox istifadəçi qeydə alınıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur