16.06.25 | Bakı 20.03° C |
10:06:25
Lent :

Filarmoniya bağında külək ağacı qadının üzərinə aşırdı

15 iyn 2025 16:00
HADİSƏ
ads
Advertisement

Bakıda güclü küləyin təsiri nəticəsində qadının üstünə ağac aşıb.

Qutb.az xəbər verir ki, hadisə Filarmoniya bağında qeydə alınıb.

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, iyunun 15-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 13:00 radələrində Səbail rayonu ərazisindən bir nəfərin üzərinə ağac aşması hadisəsi səbəbi ilə çağırış daxil olub.

Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub və hadisə yerində bir nəfərə (qadın cinsli) ilkin tibbi yardım göstərilib.

Qadın, sol bazunun travması diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
20.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur