Sosial şəbəkələrdə rayonlardan birində itin maşının arxasına bağlanaraq aparılmasını əks etdirən görüntülər yayılıb.
Qütb.az xəbər verir ki, görüntülər izləyicilər arasında birmənalı qarşılanmayıb. Bir çoxu bu hərəkəti itə qarşı zorakılıq kimi qəbul edib, digərləri isə sürücünün bu hərəkətini heyvanı maşının salonuna mindirməyin mümkünsüz olduğu ilə əsaslandırıblar.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov sorğumuza cavab olaraq bildirib ki, paylaşılan videogörüntü ilə bağlı araşdırma aparılır: “Görüntülər Şamaxı rayonunda qeydə alınıb. Avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib. Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbir görüləcək”.