Dağlıq Qarabağın mədəni obyektlərinin qorunub saxlanması Yunanıstan üçün son dərəcə vacibdir.
Publika.az xəbər verir ki, bunu Yunanıstanın Xarici işlər naziri Yorgos Gerapetritis erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı bildirib.
“Bu istiqamətdə təkcə Avropa İttifaqının müxtəlif strukturları ilə deyil, YUNESKO ilə də əməkdaşlıq çərçivəsində kampaniyalar təşkil olunacaq. Biz Dağlıq Qarabağda xristian simvolik yerlərinin qorunub saxlanmasının qəti tərəfdarıyıq və bu yerlərin məruz qaldığı və çəkə biləcəyi zərərləri üzə çıxarmaq üçün YUNESKO-nun faktaraşdırıcı missiyasının fəaliyyət göstərməsini istəyirik”, - yunan nazir bildirib.
"Yunanıstan tezliklə Dağlıq Qarabağdan olan köçkünlərə humanitar yardım proqramını işə salacaq, xüsusən də layihə insanların mənzillə təmin olunmasına yönələcək", - o əlavə edib.
Tural