Qırğızıstan-Tacikistan dövlət sərhədinin 10,76 km-də topoqrafik işçi qrupları razılaşıb.
Publika.az xəbər verir ki, “Veçerni Bişkek”in məlumatına görə, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, əldə olunmuş razılığa əsasən, 2024-cü il martın 12-dən 17-dək Tacikistan Respublikasının Suqd vilayətinin Buston şəhərində Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə topoqrafik işçi qruplarının növbəti iclası keçirilib.
İşçi qruplar Qırğızıstan-Tacikistan dövlət sərhədinin 10,76 km-də razılığa gəliblər.
Tərəflər Qırğızıstan ərazisində baş tutacaq növbəti görüşdə qalan sahələrin təsviri üzərində işi davam etdirəcəklər.
İclasın yekunu üzrə müvafiq protokol imzalanıb.
Tural