27.04.24 | Bakı 27.03° C |
15:04:26
Lent :

Avtobus körpüdən aşdı. 45 zəvvar öldü: Təkcə 8 yaşlı qız...

14:00 29.03.2024
HADİSƏ
ads

Cənubi Afrikada avtobusun körpüdən aşması nəticəsində azı 45 nəfər dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə SABC radiosu məlumat yayıb.

Hadisə səhər saatlarında Limpopo əyalətində baş verib. Avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil körpüdən aşıb və Mokopane və Marken arasındakı dağ keçidində alovlanıb. Nəticədə 45 nəfər həlak olub, bir neçə nəfər isə ağır yaralanıb.

Respublikanın nəqliyyat naziri Sindisive Çikunqanın sözlərinə görə, hadisə nəticəsində səkkiz yaşlı qız sağ qalıb və o dərhal xəstəxanaya aparılıb, Daha bir qadın isə tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, avtobusda olan sərnişinlər Moriya kilsəsində Pasxa konfransı üçün Saint-Engenas şəhərinə gedən zəvvarlar olub.

Cəmilə


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az