Fransanın paytaxtı Parisdə onlarla fermer prezident Emmanuel Makronun qatıldığı Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinə basqın edib.
Publika.az xəbər verir ki, fermerlər “Makron istefa” və “Bura bizim evimizdir” şüarları səsləndirib. Polis müdaxilə edib və iki tərəf arasında dava düşüb. Həmin vaxt Makron fermerlərin həmkarlar ittifaqının rəhbərləri ilə görüşüb və jurnalistlərə açıqlamalar verib:
“Bunu bütün fermerlər üçün deyirəm. Siz tribunaları zədələməklə, ailələri bura gəlməkdən qorxutmaqla heç bir həmkarınıza kömək etmirsiniz".
Fransız fermerlər, artan xərclər, bürokratik proseslər, haqsız rəqabət və Avropa Birliyi (AB) qaydalarına reaksiya verir.
Roza