Rusiyada son sutkada koronavirusdan 48 nəfər ölüb.
Qutb.azTASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Yoluxucu Xəstəliklərə qarşı Mübarizə üzrə Federal Əməliyyat Qərargahından bildirilib.
Qeyd olunub ki, son sutkada ölkə üzrə COVID-19-a 9 560 nəfər yoluxub.
Xatırladaq ki, Rusiyada indiyədək 18 622 103 nəfər koronavirusa yoluxub, 382 517 nəfər isə infeksiyadan ölüb.