31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Almaniya çalxalanır, fermerlər sakitləşmir: Yeni hədəf yanvarın 20-də...

16 yan 2024 11:00
HADİSƏ
ads

Almaniyada fermerlər hökumətin kənd təsərrüfatı vasitələrinə və dizelə verilən subsidiyaları qaldırmasına həftələrdir etiraz edir. 10 min fermer 6 min maşınla Berlində hökumətə "bəsdir" deyib.

Publika.az xəbər verir ki, kənd təsərrüfatı avtomobillərinin vergidən azad edilməsi və dizel yanacağına endirim hüququ əlindən alınan fermerlər paytaxt Berlinə axışıb. Mitinqdə fermerlər “Bəsdir”, “Bezmişik” və “Koalisiya hökuməti getməlidir” kimi şüarlar səsləndiriblər.

Brandenburq qapısı ilə Qələbə abidəsi arasında altı mindən çox traktor, yük maşını və kənd təsərrüfatı maşınları ilə nümayiş keçirən fermerlər Almaniya hökumətinin kənd təsərrüfatı siyasətinə qarşı yeni etiraz aksiyası keçirməyə çağırıblar.

Fermerlərin yeni hədəfi yanvarın 20-də Berlində keçiriləcək "Yaşıl Həftə" adlı kənd təsərrüfatı yarmarkası və yarmarka çərçivəsində planlaşdırılan kənd təsərrüfatı nazirlərinin konfransıdır.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur