Almaniyalı jurnalist Kristof Vanner Ukrayna Silahlı Qüvvələrinin Xarkovu Rusiyanın hücumundan qorumaq üçün hansı addımlar atdığını açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə Welt telekanalında danışıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin sıralarında “açıq-aşkar” kadr çatışmazlığı var. “Bu, ilk növbədə, Donbasa aiddir”, o əlavə edib.
Almaniyadan olan jurnalist bildirib ki, Çasov Yar, Kleşçeevka və Andreyevka yaxınlığında əsgər çatışmazlığı kəskin şəkildə hiss olunur. Bu yaşayış məntəqələri ətrafında bir neçə ay idi ki, şiddətli döyüşlər gedirdi.
Vannerin sözlərinə görə, Rusiya hərbçilərinin bu istiqamətdə uğurları həm də Ukrayna Silahlı Qüvvələrinin kadr çatışmazlığı ilə bağlıdır.
Cəmilə