Ali Məhkəmədə Ağstafada yol qəzasında üç nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Fərrux Hüseynovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
Milli.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.
Qərara əsasən, protest təmin edilməyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, beş il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, Fərrux Hüseynov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməyəcək. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Gəncə Apellyasiya Məhkəməsi isə təmin etməyib.
Qeyd edək ki, hadisə 2022-ci il martın 29-da saat 12 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Ağstafa rayonunun Köçəsgər kəndi ərazisindən keçən 450-ci km-də qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Vüsal Asif oğlu Həsənovun idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı, 20-EE-929 dövlət qeydiyyat nişanlı mikroavtobusla onunla eyni istiqamətdə hərəkətdə olan Şəmkir rayon sakini 1959-cu il təvəllüdlü Fərrux Həsən oğlu Hüseynovun idarə etdiyi "Volvo" markalı, 99-JZ-335 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər - Ağstafa rayon sakinləri 1961-ci il təvəllüdlü Familə Fərman qızı Məmmədova, 1966-cı il təvəllüdlü Mirvari Mikayıl qızı Əliyeva və paytaxt sakini 1962-ci il təvəllüdlü Mayıl Hüseyn oğlu Nağıyev hadisə yerində ölüb, sürücü Vüsal Həsənov isə xəsarət alıb.
Daha sonra Fərrux Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun