Ağadadaş Ağayevin yaranmış mübahisə zamanı qarşıdakı şəxsə balta ilə xəsarət yetirməsi ilə bağlı yeni təfərrüat məlum olub.
Daxili İşlər Nazirliyini Mətbuat Xidmətindən məsələ ilə bağlı Publika.az-a bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A.Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib.
N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.
***
Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib. Hadisə Binəqədi rayonu ərazisində baş verib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı news24.az saytı yayıb.
Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
Məsələ ilə bağlı A.Ağayevin özü ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.