13.10.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

DİA-nın “Brend tələbə”ləri mükafatlandırıldı - FOTO

13 okt 2025 18:00
GÜNDƏM
ads

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

Bu gün AzEdu.az və Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Tədbirdə AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad EyvazlıAzEdu.az-ın baş redaktoru Ləman Novruzova, Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının sədri İxtiyar Mahmudzadə və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Zaur Məmmədov AzEdu.az Təhsil Portalına belə bir layihəni reallaşdırdığı üçün təşəkkürünü bildirib:

169996

“Düşünürəm ki, bu cür layihələr gənclərin gələcək inkişafı və fəaliyyət istiqamətinin formalaşması baxımından çox önəmlidir. Burada iştirak edən tələbələr istər bilik, istər nailiyyət, istərsə də fəallıqları ilə seçilən, nümunəvi gənclərdir. Əminliklə deyə bilərəm ki, seçim prosesi tam ədalətli və obyektiv şəkildə aparılıb. Bu da layihənin dəyərini daha da artırır.”

Mükafatlandırma mərasimində Elşad Eyvazlı söyləyib ki, bu layihə tələbələr arasında sağlam rəqabət və öyrənmə motivasiyasını gücləndirir:

169992

“Layihənin başlıca məqsədi ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında sağlam rəqabət mühitinin təşəkkül tapmasına töhfə verməkdir. Bu cür mühit onların intellektual potensialının üzə çıxarılmasına, eləcə də bilik və bacarıqlarının sistemli şəkildə inkişafına şərait yaradır. Eyni zamanda, layihə ali məktəblərə qəbul mərhələsində olan abituriyentlər üçün əlavə motivasiya mənbəyi kimi çıxış edir. Nəticə etibarilə, həm mövcud tələbələr, həm də gələcək tələbə namizədləri arasında öyrənməyə maraq və şəxsi inkişafa yönəlik təşəbbüslər stimullaşdırılır.”

AzEdu.az-ın baş redaktoru Ləman Novruzova çıxışı zamanı söyləyib ki, “Brend Tələbə” layihəsi AzEdu.az Təhsil Portalı tərəfindən artıq 3 ildir ki, ardıcıl şəkildə icra olunur:

169994

"Layihədə iştirakçı sayının artması ali təhsil müəssisələrinin həm layihəyə, həm də təşkilatçı quruma olan etimadının bariz göstəricisi kimi qiymətləndirilə bilər. Sözügedən layihənin əsas məqsədi tələbələr arasında sağlam rəqabət mühitinin təşviq olunması, onların akademik və şəxsi nailiyyətlərinin ictimaiyyətə təqdim edilməsi yolu ilə gəncləri daha fəal, məqsədyönlü və müasir düşüncəli olmağa sövq etməkdir".

Daha sonra İxtiyar Mahmudzadə tələbələri qazandıqları nailiyyət münasibətilə təbrik edib və gələcək hədəflərində uğurlar diləyib.

169999

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının "Brend tələbə" statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:

Süsən Qəhrəmanova- Siyasi İdarəetmə fakültəsinin tələbəsi;

Asiman Əhmədov -İnzibati idarəetmə fakültəsinin tələbəsi;

Səmra İsmayılzadə- İnzibati idarəetmə fakültəsinin tələbəsi;

Nigar Hüseynova- İnzibati idarəetmə fakültəsinin tələbəsi;

Elvin Nəsibli- İnzibati idarəetmə fakültəsinin tələbəsi;

Fatimə Əsədzadə- Siyasi idarəetmə fakültəsinin tələbəsi;

Qədim Qazıxanov- Siyasi idarəetmə fakültəsinin tələbəsi;

Yahya Mürsəlov- Siyasi idarəetmə fakültəsinin tələbəsi;

Fatimə Vəliyeva- Siyasi idarəetmə fakültəsinin tələbəsi;

Ruad Nəbizadə- İnzibati idarəetmə fakültəsinin tələbəsi.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur