Türkiyənin Çanaqqala, İstanbul, Muğla, Sinop və İzmir vilayətlərində meşəlik ərazilərdə yanğın başlayıb.
Publika.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul və İzmirdə yanğın nəzarət altına alınıb.
Hazırda Çanaqqala, Sinop və Muğlada alovlara qarşı havadan və qurudan müdaxilə davam edir.
Bölgədə güclü külək əsir. 8 təyyarə və 4 helikopterlə yanğınsöndürmə işləri aparılır.
Meşəlik ərazilərə yaxın bölgələrdə yaşayanlara ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edilib.