13.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Edam hökmlərinin sayında REKORD

08 apr 2025 14:00
DÜNYA
ads

2024-cü ildə dünyada qeydə alınan ölüm hökmlərinin sayı son on ilin ən yüksək səviyyəsinə çatıb.

Qutb.az xəbər verir ki, bu barədə “Amnesty International” insan haqları təşkilatının yeni hesabatında bildirilir.

Təşkilatın məlumatına görə, ötən il 1518 nəfər edam edilib. Bu, 2015-ci ildə qeydə alınan 1634 nəfərlik göstəricidən sonra ən yüksək rəqəmdir.

Edamların 91 faizi əsasən üç ölkədə – İran, İraq və Səudiyyə Ərəbistanında həyata keçirilib. Ümumilikdə edam olunanların 40 faizi narkotiklərlə bağlı cinayətlərə görə ölüm hökmünə məhkum olunmuş şəxslərdir.

Hesabatda qeyd olunur ki, bu rəqəmlərə Çin, Şimali Koreya və Vyetnamda həyata keçirilən minlərlə edam daxil edilməyib. Həmin ölkələrdə məlumatların şəffaf olmaması səbəbindən təşkilat etibarlı məlumat əldə edə bilməyib. Eyni səbəblə, Fələstin və Suriyada davam edən münaqişələr dəqiq statistik məlumatların toplanmasını çətinləşdirib.

İran, İraq və Səudiyyə Ərəbistanında ötən il cəmi 1380 edam həyata keçirilib. İraqda edamların sayı əvvəlki illə müqayisədə təxminən dörd dəfə, Səudiyyə Ərəbistanında isə iki dəfə artıb. İranda isə əvvəlki ilə nisbətən 119 nəfər çox edam edilib.

Bununla belə, "Amnesty International" bildirir ki, 2024-cü ildə ölüm hökmünün tətbiq olunduğu ölkələrin sayı cəmi 15 olub. Bu, təşkilat tərəfindən qeydə alınan rekord dərəcədə aşağı göstəricidir və ardıcıl ikinci ildir belə davam edir.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur