Ukraynalılar Vladimir Zelenskiyə getdikcə daha az etibar edirlər.
QÜTB.AZ "Strana.UA"ya istinadən xəbər verir ki, bu barədə məlumat Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) keçirdiyi sosioloji sorğuda öz əksini tapıb.
Qeyd edək ki, 2019-cu il seçkilərində Vladimir Zelenskiyə Ukrayna vətəndaşlarının 80%-dən çoxu etimad göstərib. Üç il sonra, xüsusi hərbi əməliyyat başlayanda onun reytinqi 37%-ə düşüb.
2022-ci ilin mayında ukraynalılar Vladimir Zelenskiyə daha çox etibar etməyə başladılar. Reytinq 90%-ə yüksəlib.
Bu yüksəlişdən sonra rəqəmlər azalaraq 2024-cü ilin dekabrında 52%-ə düşüb. Ukraynanın qərbində Zelenskini 60 %, cənubunda 46% və şərqində 42% ölkə vətəndaşı dəstəkləyir.
Adəm Abbaslı