“Əl-Nəsr”in uşaq komandasında oynayan Kriştiano Ronaldonun 13 yaşlı oğlu “Əl-Fateh”lə oyunda (2:1) komandasına qələbəsinə töhfə verib.
Publika.az xəbər verir ki, bu matçda kiçik Kriştiano Ronaldo penaltini dəqiq yerinə yetirib.
O, qol sevincini atasının üslubunda qeyd edib.
Kiçik Ronaldo “Əl-Nəsr”də yaşıdları ilə deyil, U-15 komandası ilə məşq etdiyi bildirilir.
Əvvəllər KriRo Instagram-da oğluna cərimə zərbəsini necə düzgün yerinə yetirəcəyini göstərən video yayımlamışdı.