Ukrayna prezidenti Vladimir Zelenski Amerikanın “Bloomberg” nəşrinə müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə bağlı sürpriz açıqlama verib.
Publika.az xəbər verir ki, o, konkret olaraq bildirib ki, Putin növbəti sülh sammitinə dəvət oluna bilər.
“Əgər danışıqlar masası arxasına oturmaq imkanı olarsa, Zelenski yaxın gələcəkdə Putin üçün belə bir fürsətin olacağını gözləməsə də, onun növbəti sammitə dəvət ediləcəyini istisna etmir”, - nəşr yazır.
Xatırladaq ki, bu il iyunun 15-16-da İsveçrədə Ukrayna məsələsi ilə bağlı konfrans keçirilib. Kifayət qədər təmsilçi olsa da, Rusiya-Ukrayna münaqişəsində sülhün bərqərar olması baxımından real nəticələr verə bilməzdi. Kreml daha əvvəl bəyan etmişdi ki, münaqişənin Rusiyanın iştirakı olmadan nizamlanması axtarışları tamamilə məntiqsiz və perspektivsizdir.
Adəm Abbaslı