29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu tibbi xidmətlər də sığorta hesabına qarşılanacaq

22 okt 2024 08:00
GÜNDƏM
ads

İcbari tibbi sığorta çərçivəsində göstərilən bir sıra xidmətlərin çeşidi artırılacaq.

QÜTB.AZ xəbər verir ki, tibbi xidmətləri daha əlçatan və effektiv etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xidmətlər zərfini təkmilləşdirir. Buna görə də xidmətlər zərfinin müxtəlif blokları ixtisaslı həkimlər tərəfindən müzakirəyə çıxarılıb.

Təklif edilən dəyişikliklərdə ürək çatışmazlığı, qəfil ürək dayanması, beyin infarktı, böyrək çatışmazlığı, portal hipertenziya ilə bağlı zərfdə mövcud olan bir sıra tibbi xidmətlərin çeşidinin artırılması nəzərdə tutulur.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, onkoloji xəstəliklərlə bağlı tibbi xidmətlərin də sığorta zərfinə əlavə edilməsi istiqamətində danışıqlar aparılır.

Yeni xidmətlər zərfində neyrocərrahiyyə, travmatologiya, oftalmologiya və digər xidmətlərə dair çeşidlərin artırılması da nəzərdə tutulub.

Daha ətraflı "Xəzər TV"nin videomaterialında:

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur