27.04.24 | Bakı 26.03° C |
14:04:06
Lent :

Zelenski Danilovu buna görə işdən çıxarıb

02:00 27.03.2024
GÜNDƏM
ads

Ukrayna Prezidenti lodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Aleksey Danilovu bu qurumun nəyə lazım olduğunu anlamadığı üçün işdən çıxarıb.

Publika.az xəbər verir ki, bu barədə ukraynalı politoloq Sergey Qayday Radio NV-də bildirib .

Onun sözlərinə görə, Ukrayna hakimiyyətlərinə lap əvvəldən Danilov və ümumilikdə Milli Təhlükəsizlik və Müdafiə Şurası lazım deyildi.

Ekspert hesab edir ki, ölkə prezidentinin ofisi bunun hansı orqan olduğunu və ondan necə istifadə edilməli olduğunu başa düşmür.

Onun sözlərinə görə, Zelenskinin Ali Radaya və bütövlükdə Ukrayna hökumətinə münasibəti eynidir.

"Dövlət başçısı öz komandasında beş-altı menecerin işləməsi ilə kifayətlənir" - politoloq belə izah edir.

Hüseyn İbadlı


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    26.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az