27.04.24 | Bakı 19.03° C |
11:04:14
Lent :

Zelenski cəbhə xəttinə getdi

16:00 28.03.2024
GÜNDƏM
ads

Ukrayna prezidenti Vladimir Zelenski Sumı vilayətində cəbhə xəttinə gedib və bəzi əsgərlərə medallar təqdim edib.

Publika.az xəbər verir ki, bununla bağlı Ukrayna prezidentinin mətbuat xidmətindən açıqlama verilib.

Bildirilib ki, Ukrayna prezidenti Zelenski Sumı vilayətinə səfəri zamanı 117-ci Regional Müdafiə Briqadasına baş çəkib. Zelenskiyə üç xətt üzrə müdafiənin təşkili barədə məlumat verilib. Hazırkı silah və texnika ehtiyacları müzakirə edilib.

“Dövlət başçısı briqadanın komanda mərkəzinə, xüsusilə də yardımçı qüvvələr şöbəsinə, hava hücumundan müdafiə idarəsinə və qərar qəbuletmə mərkəzinə də baxıb. Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin və Milli Qvardiyanın əsgərlərini mükafatlandırıb", - məlumatda deyilir.

Aysel Şahmar


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    19.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az