"Oxuduğum bu cür mahnılar efirdə qadağan olunsa, onları kənara qoyub, başqa üslubda nəğmələr ifa edərəm. Bu gün bu cür mahnıları açıq deyim ki, qazancım üçün oxuyuram".
Publika.az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu (Əsədova) qonaq olduğu "Xəbər-ətər" verilişində deyib.
Həmkarları tərəfindən tez-tez bayağı mahnılar oxuyan ifaçı kimi qələmə verilən sənətçi bildirib ki, istənilən janrda ifa etmək qabiliyyətinə malikdir:
"Muğam təhsilim var. İstənilən xalq və bəstəkar mahnısını gözəl şəkildə təqdim edə biləcək bir ifaçıyam. Qorxmuram! Əgər insanın səsi, avazı və bacarığı varsa, o istənilən janrda mahnı oxuya bilər. Vay o ifaçıların halına ki, onların musiqidən anlayışları yoxdur, bildikləri "lakka-çıkkada"dır. Efirlərdən bu tip mahnılar yığışdırılsa, onlar da o mahnılarla bir yerdə gedəcəklər".