24.07.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlı müzakirə edildi

23 iyl 2025 17:00
GÜNDƏM
ads
Advertisement

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza ilə görüşüb.

Bu barədə Qutb.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İstanbul şəhərində keçirilən görüşdə ölkələrimiz arasında əlaqələrin qarşılıqlı inama, əməkdaşlığa, eləcə də mədəni əsaslara söykəndiyi vurğulanıb.

Tərəflər Azərbaycan-Pakistan hərbi əməkdaşlığının cari vəziyyətini müzakirə edib, həmçinin bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barəsində ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin hərbi əlaqələrimizin yeni inkişaf perspektivləri müzakirə olunub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur