“İsrail ordusu hər an Livana gözlənilməz və kəskin zərbə endirməyə hazırdır”.
Publika.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
O, “Hizbullah” hərbçilərinin eskalasiyasına cavab olaraq bu addımı ata biləcəklərini söyləyib.
“Şimal bölgəsində məhdud döyüş əməliyyatları aparırıq. Biz İsrail Müdafiə Qüvvələrinin gücünün kiçik bir hissəsindən istifadə edirik, lakin hər şey bir anda dəyişə bilər. Və bu, sürətli, gözlənilməz və çox kəskin olacaq”, - deyə o qeyd edib.
Nazir, eyni zamanda İsrailin hələ də “Hizbullah”la razılaşmalar yolu ilə vəziyyəti həll etməyə hazır olduğunu bir daha vurğulayıb.
“Əgər “Hizbullah” bizimlə razılığa gəlib, BMT-nin qətnaməsində nəzərdə tutulduğu kimi, sərhəd xəttindən uzaqlaşaraq Litani çayının o tayındakı ərazilərə keçməsi vəziyyətinə gəlmək istəsə, o zaman onlarla sövdələşmə olacaq”, - deyə Yoav Qalant şərtləri bir daha xatırladıb.