İkiqat Dakar motosiklet çempionu, 34 yaşlı britaniyalı Sem Sanderlend üçüncü mərhələdə builki yarışı tərk etmək məcburiyyətində qalıb.
Publika.az xəbər verir ki, buna səbəb motosikletdə startdan 11 kilometr sonra meydana gələn mexaniki nasazlıq olub. Bu barədə nüfuzlu ralli-marafonun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Sanderlend motosikleti təmir etməyə cəhd edib, lakin uğursuz alınıb.
Qeyd edək ki, Builki Dakarın ikinci mərhələsindən sonra Sanderlend altıncı yerdə qərarlaşmışdı.
Sem 2017 və 2022-ci illərdə ralli yarışının qalibi olub.