Bolqarıstanın "yumor paytaxtı" Qabrovo şəhəri Yeni ili dekabrın 30-da qeyd edəcək.
Publika.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu (BNR) məlumat yayıb.
Qeyri-standart bayram tarixi şəhər sakinləri üçün ənənə halını alıb. Bələdiyyə bu qərarı sənətçilərin Yeni il ərəfəsində istədikləri "inanılmaz ödənişlər"ə görə verib.
Şənbə günü yerli vaxtla saat 19:00-da Qabrovo şəhərinin mərkəzi meydanının səhnəsində ifaçı Vlado Mixaylov və PIF, Sleng və REWIND qruplarının musiqiçiləri çıxış edəcəklər.
Konsertdən sonra bayram atəşfəşanlığı olacaq.
Hüseyn İbadlı