Almaniyada Yeni il gecəsi pirotexniki vasitələrdən istifadə nəticəsində 3 nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ölüm halları Bavariya, Reynland-Pfalz və Saksoniya federal əyalətlərində qeydə alınıb.
Ümumiyyətlə, Almaniyada hüquq-mühafizə orqanlarının qeyd etdiyi kimi, Yeni il gecəsi əvvəlki illərlə müqayisədə nisbətən sakit keçib.