05.01.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Avropa Mərkəzi Bankı inflyasiya proqnozunu aşağı saldı

08 mar 2024 02:00
GÜNDƏM
ads
Advertisement

Avropa Mərkəzi Bankı (AMB) 2024-cü və 2025-ci illər üçün avrozonada inflyasiya proqnozlarını aşağı salıb.

Publika.az xəbəər verir ki, Bankın cümə axşamı keçirilən iclasının yekunları üzrə dərc etdiyi yeni proqnozlara əsasən, avrozonada istehlak qiymətlərinin artım tempi 2024-cü ildə 2,3 faiz, 2025-ci ildə 2 faiz olacaq. Ötən ilin dekabrında verilən əvvəlki proqnozda müvafiq olaraq 2,7 faiz və 2,1 faiz artım nəzərdə tutulurdu.

Ərzaq və enerji xərcləri nəzərə alınmadan əsas inflyasiyanın 2024-cü ildə 2,6 faiz, 2025-ci ildə isə 2,1 faiz olacağı gözlənilir.

Proqnozlara görə, bu il avrozonanın ÜDM-i 0,6 faiz artacaq. Dekabrda 0,8 faiz artım gözlənilirdi. 2025-ci il üçün proqnoz 1,5 faiz səviyyəsində qalıb.

2026-cı ildə yeni proqnoza əsasən, avrozonada inflyasiya 1,9 faiz, baza inflyasiyası 2 faiz, ÜDM-in artım tempi 1,6 faiz olacaq.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
135 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur