"Dövlət Təhlükəsizliyi Xidməti eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işinə rəhbərliyi həyata keçirir".
Publika.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xİdmətinin (DTX) rəisi Əli Nağıyev qurum 105 illiyi ilə əlaqədar keçirilən təntənəli tədbirdə deyib.
"Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində bu vaxtadək mütəxəssislərimiz tərəfindən itkin düşmüş 107 nəfərin, o cümlədən onlardan 95 nəfərinin DTX-nin Hərbi-tibb baş idarəsinin genetik laboratoriyasında, 12 nəfərinin isə Daxili İşlər Nazirliyinin müvafiq struktur bölməsində eyniləşdirilməsi həyata keçirilmişdir. Onlardan 34 nəfərinin qalıqları ailələrə təhvil verilmiş, bununla da onların 30 ildən artıq davam edən iztirab və nigarançılığına son qoyulmuşdur. Yaxın günlərdə eyniləşdirilməsi təmin olunmuş 73 nəfərin adları ictimaiyyətə açıqlanacaqdır", - DTX rəisi vurğulayıb.