ATV kanalının sevilən siması aparıcı Zaur Baxşəliyev bu gün doğum gününü qeyd edir.
Publika.az xəbər verir ki, 43 yaşına qədəm qoyan teleaparıcı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında izləyicilərini sevdiyini etiraf edib:
“Hə, xoş gəldin 43! Allah sağlıqlı bir ömür yaşatsın hər birimizə. Amin. Mən sizi çox sevirəm, öylə çox sevirəm ki...”
Qeyd edək ki, teleaparıcının doğum günü fevralın 26-sıdır. Lakin həmin tarixdə Xocalı soyqırımı günü olduğu üçün aparıcı öz doğum gününü illərdir ki, qeyd etmirdi.
Yenisabah.az