Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın bir ədəd 122 mm-lik qrad mərmisinin qalıqları olduğu müəyyən edilib.
Sursatın qalıqları Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.