Azərbaycan ResQutb.azsı Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd, VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü intensiv şəkildə davam edir.
QÜTB.AZ xəbər verir ki, Tənizlə Rüstəmxanlı Aşağı Qaramanlı kəndində seçicilərlə görüşündə ölkəmizin çox mühüm ictimai-siyasi hadisə ərəfəsində olduğunu deyib.
Xanım namizəd platforması haqqında məlumat verib, rayonun təbii ki, problemlərinin olduğunu qeyd edib.Tənzilə Rüstəmxanlı dövlət başçısının regionların inkişafı ilə bağlı gördüyü işləri diqqətə çatdırıb və söz verib ki, seçiləcəyi təqdirdə Neftçalanın da problemlərilə bağlı Milli Məclisdə mütəmadi məsələlər qaldıracaq, dövlətin inkişaf proqramlarına Neftçalanın da salınması təmin edəcək.
Tənzilə xanım vurğulayıb ki, qarşıdan gələn parlament seçkiləri azad və demokratik mühitdə keçiriləcək və seçicilər öz istədikləri layiqli namizədə səs verəcəklər.
Bu səbəbdən o, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Platforma ilə bağlı ətraflı məlumat təqdim olunduqdan sonra Aşağı Qaramanlı sakinlərinin fikir və qeydləri dinlənilib.
Kəndin seçiciləri Milli Məclisə növbədənkənar seçkilərdə fəallıq göstərəcəklərini və Tənzilə Rüstəmxanlıya etimad göstərərək səslərini yekdilliklə xanım namizədə verəcəklərini bildiriblər.