01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Xəyanətinin üstü açıldı, "Apple"ı məhkəməyə verdi

15 iyn 2024 05:00
GÜNDƏM
ads

Uzun illər həyat yoldaşına xəyanət edən britaniyalı kişi "Apple" şirkətini məhkəməyə verib. İddia ərizəsinə səbəb kişinin başqa qadınlarla yazışmalarının evdəki kompüterində aşkarlanması olub.

Publika.az xəbər verir ki, britaniyalı kişi qadınlarla "iMessage" vasitəsilə əlaqə saxladığını və görüşlər təyin etdiyini, daha sonra isə "iPhone"undan bütün yazışmaları dərhal sildiyini iddia edir. Kişi arvadının eyni "Apple ID" ilə qoşulmuş "iMac" kompüterində bütün silinmiş mesajları görəcəyindən xəbərsiz imiş.

Məlum olub ki, hətta silindikdən sonra da yazışmalar ortaq "Apple ID"li digər cihazlarda saxlanılır. Həyat yoldaşı bütün bu mesajları gördükdən bir ay sonra boşanma ərizəsi verib.

Kişi boşanma prosesi nəticəsində 5 milyon funt sterlinqdən (10,8 milyon manat) çox pul itirdiyini və bu məbləği "Apple"dan tələb etmək niyyətində olduğunu bildirir.

Kişi "Apple" şirkətinin istifadəçiləri "iMessage" mesajlarını bütün əlaqəli cihazlardan silmək zərurəti barədə xəbərdar etməməsindən narazılığını bildirib. O, həmçinin, oxşar vəziyyətə düşmüş digər insanların da ona qoşularaq "Apple" a qarşı kollektiv iddia qaldıracağına ümid edir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur