Kolumbiyanın şimalında bir xəstəyə tibbi yardım üçün gedən təyyarə qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə “Tiempo” qəzeti məlumat yayıb.
Qəza nəticəsində bir həkim həlak olub, bir neçə nəfər yaralanıb.
"Valleduparda xəstənin tibbi daşınmasını həyata keçirən təyyarə qəzaya uğrayıb. Hadisə zamanı təyyarə yanıb, vaxtında təxliyə olunmayan həkim ölüb", - nəşr yazıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər bir neçə yaralını aşkar ediblər.
Təyyarənin göyərtəsində altı nəfər olub. Zərərçəkənlər dərhal tibb müəssisələrinə aparılıb.
Qəzanın səbəbləri araşdırılır.
Hüseyn İbadlı