Müğənni Zeynəb Həsəninin səhhəti pisləşib.
Publika.az xəbər verir ki, bu barədə aparıcı Zaur Nəbioğlu “Rəngarəng səhər” verilişində məlumat verib.
O qeyd edib ki, Zeynəbin verdiyi analizin cavabları yaxşı çıxmayıb və bu səbəbdən müğənni yenidən Türkiyəyə yollanıb.
Qeyd edək ki, xərçəng xəstəsi olan Zeynəb Həsəni 2022-ci ildə əməliyyat olunub.