25.08.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Xadimə işləyən 37 yaşlı qadın tələbə adını qazandı 

25 avq 2025 05:01
GÜNDƏM
ads

Qaz rayon Ləkit kənd sakini 37 yaşlı Esmira Ramazanova orta məktəbi bitirməsindən 20 il keçməsinə baxmayaraq, ali məktəblərə qəbul imtahanında iştirak edərək tələbə adını qazanıb.

Qutb.az  xəbər verir ki, valideynlərini vaxtsız itirdiyi üçün ali təhsil ala bilməyən Esmira Ramazanova illər sonra bu arzusunu gerçəkləşdirib.

O, bildirib ki, rayonda xadimə işləyə-işləyə ali məktəblərə qəbul imtahanına hazırlaşıb.  

Öz əzmi nəticəsində Azərbaycan Dövlət Aqrar  Universitetinin Aqrar mühəndislik ixtisasına qəbul olub. 

O, böyük övladının 3-cü kurs tələbəsi olduğunu söyləyib. 

Bildirib ki, ali məktəbə hazırlaşmağa övladları da ona dəstək olub. 

 Ətraflı “Baku Tv”-nin  videomaterialında:

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur